Məktəbdə səmərəli psixoloji xidmət
Sign in to Google to save your progress. Learn more
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar" üzrə ıv qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş "Məktəbdə səmərəli psixoloji xidmət" layihəsinin məqsədi məktəblərdə psixoloqların rolunun artırılması, tədris prosesində aktiv fəaliyyətə cəlb olunması, şagirdlərin və valideynlərin təsəvvüründə düzgün psixoloq obrazının yaradılması, məktəb psixoloqlarının tədris prosesində iştirakı üçün təşviq olunması, hər bir məktəblinin psixi inkişafını və şəxsiyyətinin düzgün formalaşmasını təmin edəcək psixoloji xidmətin effektivliyinin artırılmasıdır.

Məktəb psixoloqlarına düzgün psixoloji xidmətin təşkili və aparılması, psixodiaqnostika, psixoprofilaktika və psixoloji maarifləndirmə işinin düzgün təşkili; uşaqlara qarşı baş verən zorakılıq hallarının aşkarlanması və bu istiqamətdə yardımın təşkili və s. mövzularda təlimlərin keçirilməsi planlaşdırılır.

Təlimlərə Bakı, Abşeron və digər rayonlardan ümumilikdə 100 nəfər iştirakçının cəlb olunması nəzərdə tutulur. Təlimlər 25 nəfərlik qruplar şəkilində onlayn formatda keçiriləcək. Hər qrup 5 gün interaktiv təlimdə iştirak edəcək. Təlimlər peşəkar psixoloq, sosial işçi və ictimai səhiyyə mütəxəssisləri tərəfindən keçiriləcək.

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.

Ad və soyadınız *
Yaşınız *
Cinsiniz *
Vəzifəniz *
İşlədiyiniz məktəb *
İşlədiyiniz şəhər/rayon *
Günün hansı saatlarında təlimlərdə iştirak etmək sizin üçün uyğundur? *
Əlaqə nömrəniz *
Email ünvanınız
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy