Müşahidəçi ol
Heç seçkilərdə müşahidəçi olmusuz? Məsuliyyətli və qürurverici təcrübədir! SMDT-in seçki təcrübəsindən yararlana bilərsiz.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda demokratik idarəçiliyin formalaşması və vətəndaş cəmiyyətinin inkişafı yönündə çalışan tərəfsiz seçki müşahidə təşkilatıdır.
Biz inanırıq ki, azad seçkilərə gedən yol vətəndaş fəallığı və seçkilərə ictimai nəzarətdən keçir. Bu səbəbdən SMDT Sizi 9 fevral 2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərdə müstəqil müşahidəçi olmağa dəvət edir.
SMDT-in təcrübəsindən yararlanaraq beynəlxalq prinsiplər çərçivəsində müşahidə aparacaq, yerli seçki müşahidəçiliyi sahəsində bacarıqlar qazanacaqsınız.
Biz öz təcrübəmizi bölüşməyə hazırıq:
SMDT 2001-ci ildən Azərbaycanda keçirilən 16 seçkinin monitorinqini həyata keçirib. Seçkilərin monitorinqi ilə bağlı təxminən 14000 nəfərdən artıq vətəndaşa 600-dən çox təlim keçib və onların seçki komissiyalarında akkreditə olunmalarına hüquqi-texniki yardım göstərib.
Biz başqalarının təcrübəsini öyrənirik:
SMDT ATƏT-ə üzv olan ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO və Demokratik Seçkilər üzrə Avropa Platformasının (EPDE) və Yerli Seçki Müşahidəçilərinin Qlobal Şəbəkəsinin üzvüdür.
SMDT seçkilərin müşahidəsini ATƏT-in tövsiyyələri və Yerli Seçki Müşahidə Təşkilatlarının Qlobal Bəyannaməsi əsasında həyata keçirir.  
SMDT yerli müşahidəçilik üzrə davranış qaydalarını qəbul edən hər bir ölkə vətəndaşı ilə öz təcrübəsini bölüşməyə hazırdır.
Davranış qaydaları sənədi ilə buradan tanış ola bilərsiz:
https://bit.ly/2Qrt7he


Təcrübəmizdən yararlanmaq üçün bu formanı doldurun




Sign in to Google to save your progress. Learn more
E-mail ünvanı
Şəhər/Rayon *
Ad soyad *
Doğum tarixi *
MM
/
DD
/
YYYY
Mobil Telefon *
Cinsiniz *
Dil bilikləri
Təhsili / İxtisası *
Peşəniz
Siyasi mənsubiyyətiniz *
Facebook profil linki
Seçki təcrübəsi *
Required
Əgər seçkilərdə müşahidəçi olmusunuzsa, maraqlarını qoruduğunuz tərəfi qeyd edin.
Niyə müşahidəçi olmaq istəyirsiniz? *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy