ARGTMŞ-nın Üzvlərinin Məclisdə iştirak etmək üçün qeydiyyat forması
Gənclər təşkilatlarının rəhbər və nümayəndələri!


12 mart 2021-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisi baş tutacaq.
Bu səbəblə, ARGTMŞ-na üzv olan bütün gənclər təşkilatlarının rəhbərlərini qeydiyyatdan keçməyə dəvət edirik.

Məclisin gündəliyinə aşağıdakı məsələlər daxil olacaqdır:

1) ARGTMŞ-nın Baş katibinin seçilməsi
2) Yeni üzvlüyə müraciət edən təşkilatların səsvermə prosesi;
3) Cari məsələlərin müzakirəsi.

Məclisdə iştirak edəcəyinizi təsdiq etmək məqsədi ilə 10 mart 2021-ci il, saat 18:00-dək aşağıda yerləşdirilən qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçməyiniz xahiş olunur.

Hər bir təşkilat sədri ilə yanaşı təşkilatın daha bir gənc nümayəndəsinin Məclisdə iştirakı arzu olunandır.

Təşkilat rəhbərinin iştirakı mümkün olmadıqda tədbirdə iştirakı nəzərdə tutulan əsas nümayəndəyə təşkilat rəhbəri tərəfindən səsvermə hüququnun ötürülməsi ilə bağlı yazılı vəkalətnamə verilməlidir. Vəkalətnamə, təşkilat rəhbərinin imzası və təşkilatın möhürü ilə olmalıdır. Vəkalətnamə 09 mart 2021-ci il 18:00-a qədər millisura.nayora@gmail.com e-mail ünvanına göndərilməlidir.
 
Qeyd 1: Milli Şuranın Nizamnaməsinin 2.8 maddəsinə əsasən, üzv təşkilat, Gənclər Təşkilatları Milli Şuranın Məclislərində 3 dəfə iştirak etmədikdə Milli Şuraya üzvlüyünə xitam verilir.

Qeyd 2: Məclisdə iştirak üçün qeydiyyatdan keçən təşkilat rəhbər və nümayəndələri 12 mart 2021-ci il tarixində saat 11:00-da Zoom.us platformasında iştirak etməsi xahiş olunur.


Qeydiyyat üçün son tarix: 10 mart 2021-ci il, 18:00
 

Məclisin tarixi: 12 mart 2021-ci il, saat 11:00

Məclisdə üzv təşkilatların iştirakı mütləqdir!

Tədbirin keçiriləcəyi platforma: Zoom.us

Sign in to Google to save your progress. Learn more
1. Ad (Şəxsiyyət vəsiqəsində olduğu kimi) *
2. Soyad (Şəxsiyyət vəsiqəsində olduğu kimi) *
3. Ata adı (Şəxsiyyət vəsiqəsində olduğu kimi) *
4. Əlaqə nömrəniz *
5. Cinsiniz *
6. Elektron poçt ünvanınız *
7. Təmsil etdiyiniz təşkilat *
8. Təşkilatınızı təmsil edəcək ikinci şəxsin adı, soyadı və ata adı (Şəxsiyyət vəsiqəsində olduğu kimi)
9. Təşkilatınızı təmsil edəcək ikinci şəxsin əlaqə nömrəsi
10. Məclisdə iştirakımı təsdiq edirəm *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy