Qeydiyyat | Woman Bazaar   2
Dəyərli müraciətçi,
Xahiş edirik ki, qeydiyyatdan keçmədən əvvəl aşağıda qeyd olunan məlumatlara diqqətlə nəzər salasınız.

PAŞA Holding-in dəstəyi ilə dayanıqlı inkişafa çatımlılıq prosesində qadınların innovativ təşəbbüslərini və zorakılıqla mübarizədə onların iqtisadi azadlıqlarının əhəmiyyətini vurğulmaqla, 2 gün keçiriləcək multidisiplinar festivalın əsas məqsədi qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, həyatlarının müxtəlif mərhələlərində zorakılıqla üzləşmiş qadınların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.

FESTİVAL KİMLƏR ÜÇÜNDÜR?

Festival yaşı 50-ə qədər olan və öz məhsulunun istehsalını və satışını həyata keçirən qadın sahibkarlar üçündür.

Qeyd: Azərbaycanın hər bölgəsindən qadın sahibkarların iştirakı mümkündür. Qeyd edək ki, bölgələrdən gələn qadınların yol və qonaqlama xərci festival tərəfindən qarşılanmayacaqdır.

Qadın sahibkarların 2 gün ərzində keçiriləçək festivalda, həmçinin, festivaldan sonrakı fəaliyyətlərində daha effektiv satış bacarıqlarına yiyələnmələri və öz iqtisadi imkanlarını daha da genişləndirməyə dəstək olmaq məqsədilə festival çərçivəsində aşağıdakı mövzular əsasında təlimlər, seminarlar və vörkşoplar həyata keçiriləcəkdir:

Mövzular:

  1. Biznes etikası və satış texnologiyalarından istifadə imkanları,
  2. Brendinq
  3. Sosial mediadan səmərəli istifadə
  4. Dayanıqlı maliyyə menecmenti

Festivalın baş tutacağı tarix: 17 - 18 Dekabr

İŞTİRAK ÖDƏNİŞSİZDİR!



Sign in to Google to save your progress. Learn more
Ad, soyad *
Təvəllüd *
MM
/
DD
/
YYYY
Yaşadığınız şəhər/rayon *
ŞƏXSİ MƏLUMATLAR
Əlaqə nömrəsi *
Qeyd olunan nömrədə whatsapp hesabınız varmı? *
Elektron - poçt ünvanı *
Layihə müddətində Bakıda qalmaq imkanınız varmı? *
Rayonda yaşadığınız təqdirdə sualı cavablandırmağınız mütləqdir. Burada qala biləcəyiniz qohum, dost və ya ailə eviniz varsa "Bəli" cavabınızı seçməyiniz xahiş olunur.
WOMAN BAZAAR Haqqında
Woman Bazaar 1-də iştirak etmisinizmi? *
Hal-hazırda sahibkarlıq (hər hansı bir məhsulun istehsalı və satışını həyata keçirmək) fəaliyyəti ilə məşğulsunuzmu? *
Sahibkarlıq istiqamətində mövcud fəaliyyətinizin təsviri *
İstehsal etdiyiniz məhsul haqqında və satış fəaliyyətinizlə bağlı aydın informasiyaları əlavə etməyinizi xahiş edirik.
Nəyə görə festivalda iştirak etmək istəyirsiniz? *
Motivasiyanızın qısa təsviri
Məhsullarınız satışı və təqdimatı üçün sosial media hesabınız (instagram/facebook) varmı? *
Hesabınız olduğu təqdirdə, istifadəçi adınızı qeyd edin: *
Seçildiyiniz təqdirdə, 17-18 Dekabr tarixlərindən birində iştirak sizin üçün uyğundurmu? *
Xüsusi qidalanma tərziniz varsa qeyd edin: *
Vegan/vegeterian və ya hər hansısa qidaya allergiyanız olduğu təqdirdə qeyd etməyinizi xahiş edirik
COVID19 əleyhinə 3 dozalı vaksin sertifikatınız varmı? *
Layihəyə seçildiyiniz təqdirdə sizi whatsapp qrupuna əlavə etməyimizə icazə verirsinizmi?
Clear selection
Festival haqqında məlumatı haradan əldə etmisiniz? *
Əlavə sualınız və ya xüsusi bildirmək istədiyiniz məqam varsa, aşağıda qeyd edə bilərsiniz.
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy